Uçuşun ilk dəqiqələri kabusa çevrildi: İranın təyyarəsi GERİ QAYITDI - VİDEO
İranın Sepehran Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmalı olub.
TodayPress TV xəbər verir ki, təyyarənin təkərlərindən birinin partladığı və mühərrikinin zədələndiyi bildirilir.
Hadisə təyyarənin daxilində təşvişə səbəb olub. Yayılan görüntülərdə salonda tavanın bir hissəsinin dağıldığı görünür.
Qeyd edək ki, təyyarə Məşhəd hava limanına geri enib.
Aysel Mətləb