Milyonlar bir tərəfdən alındı, digər tərəfə verildi
ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi yardım siyasətində dəyişiklik edib.
TodayPress TV xəbər verir ki, “Associated Press”in məlumatına görə, ABŞ 52 milyon dollar həcmində hərbi yardımı Slovakiya, Şimali Makedoniya, Tunis və İraqdan Panamaya, Peruya, Ekvadora və Kolumbiyaya yönləndirir.
ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, vəsait narkotik qaçaqmalçılığı ilə mübarizəyə, Panama kanalının təhlükəsizliyinin təmin edilməsinə və Qərb yarımkürəsində ABŞ-nin strateji rəqiblərinin təsirinin genişlənməsinin qarşısının alınmasına sərf olunacaq.
Kübra Musayeva