TƏCİLİ: Varşava hava limanında bomba həyəcanı - VİDEO
Varşavanın beynəlxalq hava limanı mümkün partlayış təhlükəsi ilə bağlı daxil olan məlumatdan sonra təxliyə edilib.
TodayPress TV xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə Polşa polisi və təhlükəsizlik xidmətlərinin əməkdaşları cəlb olunub. Hazırda hava limanının terminallarında yoxlama aparılır.
Partlayış təhlükəsi barədə məlumatın kim tərəfindən verildiyi isə hələlik məlum deyil.
Kübra Musayeva