Nepal sakinləri xəstəlikdən ölməyə başladılar – 100-dən çox YOLUXMA

Nepal sakinləri xəstəlikdən ölməyə başladılar – 100-dən çox YOLUXMA
15.09.2026 22:40 Dünya

Nepalın qərbində 100-dən çox insan səpki yatalağına yoluxub, son üç həftə ərzində 4 nəfər vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.

Səhiyyə şöbəsinin rəhbəri Yaqya Bahadur Basnet bildirib ki, üç nəfər avqustun sonunda, dördüncü şəxs isə daha sonra xəstəxanada müalicə olunarkən dünyasını dəyişib. Onların hamısında səpki yatalağı diaqnozu təsdiqlənib.

Xəstəliyin alovlanması yerli sakinlərin narahatlığına səbəb olur. Tibb müəssisələri gündə üç-dörd yeni yoluxma halı qeydə alır. Hakimiyyət orqanları ekspress-testlər aparır. Səhiyyə nümayəndələri bildirirlər ki, xəstəliyi hələlik tam nəzarətə almaq mümkün olmayıb.

Səpki yatalağı gənə dişləməsi vasitəsilə keçir. Yoluxma riski adətən musson mövsümündə, insanlar kənd təsərrüfatı, heyvanlar üçün yem tədarükü və digər işlərlə məşğul olaraq çəmənliklərdə və meşələrdə daha çox vaxt keçirdikdə artır. Əhaliyə kolluqlarda və ya meşəlik ərazilərdə işləyərkən ehtiyat tədbirlərinə riayət etmək və hərarət əlamətləri keçmədikdə həkimə müraciət etmək tövsiyə olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər