Neftin bareli 120 dolları keçdi, Səudiyyə “kranı” bağladı - Avropa çıxış yolu axtarır

Neftin bareli 120 dolları keçdi, Səudiyyə “kranı” bağladı - Avropa çıxış yolu axtarır
15.09.2026 22:08 Dünya

Dron hücumlarının Qırmızı dənizə çıxan əsas ixrac boru kəmərinə zərər vurmasından sonra Səudiyyə Ərəbistanı Avropaya neft nəqlini kəsib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ticarət mənbələri bildirib.

Məlumata əsasən, bir barel neftin qiymətinin 120 dolları keçdiyi bir vaxtda bu addım Polşa kimi əsas alıcıları təcili olaraq alternativlər axtarmağa məcbur edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İraq silahlı qruplaşmalarını günahlandırdığı hücumlar krallığı 11 sentyabr Şərq-Qərb səhra neft boru kəmərini bağlamağa məcbur edib. Həmin boru kəməri son altı ayda Hörmüz boğazının bağlanmasının ağır nəticələrindən krallığı qorumuşdu.

Neft ticarəti və gəmiçilik mənbələri bildiriblər ki, Səudiyyə Ərəbistanı avropalı müştərilərinə sentyabr ayı üçün nəzərdə tutulan bəzi xam neft partiyalarının ləğv olunacağı və Qırmızı dənizdəki Yanbu limanında neftin yüklənməsinin dayandırıldığı barədə xəbərdarlıq edib.

Dövlət neft şirkəti "Saudi Aramco" isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Ticarət mənbələrinin bildirdiyinə görə, Qırmızı dəniz vasitəsilə nəqlin azalması Səudiyyə Ərəbistanını BƏƏ və İraqın istifadə etdiyi "qaranlıq daşımalara" bənzər üsulla Hörmüz boğazı üzərindən daha çox neft ixrac etməyə yönəldəcək.

Bu cür daşımalar Körfəz neft istehsalçılarına gündə 7–9 milyon barel neft ixrac etməyə imkan verib ki, bu da müharibədən əvvəlki həcmlərin 30–40%-ni təşkil edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər