Kennedi Mərkəzində “pərdə endi” – Trampdan yeni QƏRAR

Kennedi Mərkəzində “pərdə endi” – Trampdan yeni QƏRAR
16.09.2026 01:17 Dünya

ABŞ-nin paytaxtında yerləşən Con Kennedi adına İfa Sənətləri Mərkəzinin İdarə Heyəti binanın qəzalı vəziyyətə yaxın olması səbəbilə təhlükəsizlik tədbirləri çərçivəsində mərkəzin bağlanmasına qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat yayıb.

O bildirib ki, İdarə Heyəti binanın yenidən qurulması prosesinə başlamaq üçün demək olar ki, yekdilliklə mərkəzin təhlükəsizlik səbəbilə bağlanmasına qərar verib. Onun sözlərinə görə, bağlanma dərhal qüvvəyə minib.

ABŞ lideri qeyd edib ki, genişmiqyaslı təmir və yenidənqurma işləri Vaşinqton dairə məhkəməsinin mərkəzin adının dəyişdirilməsi ilə bağlı qərarından əvvəl başlaya bilməz.

Tramp bu məsələ ilə bağlı məhkəmə prosesinin nəticədə ABŞ Ali Məhkəməsinə qədər gedib çıxa biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, Ali Məhkəmə də mərkəzin adının dəyişdirilməsini təsdiqləməsə, binanın yenidən qurulması və təmiri həyata keçirilməyəcək.

Tramp əlavə edib ki, hazırda ABŞ administrasiyasının təşəbbüsü ilə toplanan ianələrdən Kennedi Mərkəzinin fondlarına 17 milyon dollar köçürülüb. Bu vəsaitin müəssisənin fəaliyyətini davam etdirməsinə imkan verməsi nəzərdə tutulur.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər