Ronaldo da “Əl-Nəsr”i xilas edə bilmədi
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.
TodayPress TV xəbər verir ki, komanda turnirin I turunda səfərdə BƏƏ təmsilçisi "Əl-Eyn"ə 0:4 hesabı ilə uduzub.
Kriştianu Ronaldu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, II turda "Əl-Eyn" səfərdə İraqın "Əl-Kuva" klubu ilə, "Əl-Nəsr" isə evdə Özbəkistanın "Neftçi" komandası ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 12-də keçiriləcək.