Zelenski atəşkəsə hazırdır: Moskvadan addım gözləyir

Zelenski atəşkəsə hazırdır: Moskvadan addım gözləyir
15.09.2026 23:50 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin enerji infrastrukturlarına zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəsə hazır olduğunu açıqlayıb.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

Zelenski enerji obyektlərinə qarşı atəşkəsin hazırda qüvvədə olub-olmaması ilə bağlı suala cavabında bildirib ki, belə bir atəşkəs yoxdur.

“Biz heç vaxt ilk olaraq hücum etmirik”, – deyə Ukrayna prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Kiyev enerji sahəsində zərbələrin dayandırılmasına hazırdır, lakin Ukrayna və Rusiya “enerji” anlayışını fərqli şəkildə qiymətləndirir.

“Putin üçün enerji neft və qazın satışı deməkdir. Bizim üçün isə enerji insanların elektrik enerjisinə sahib olması deməkdir”, – Zelenski qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər