AFFA-da 3 yeni TƏYİNAT
AFFA-da yeni təyinatlar reallaşıb.
Qurumdan TodayPress TV-yə verilən məlumata görə, dəyişikliklər çərçivəsində Media və İctimaiyyətlə əlaqələr şöbəsinə və qurumun mətbuat xidmətinə yeni əməkdaşlar təyin olunub.
Murad Axundov Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Aida Əliyeva AFFA-nın mətbuat katibi, Kənan Səfərəliyev isə aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsini icra edəcək.