Rusiya Zelenskinin təyyarəsinin “izinə düşdü”? – prezidentdən İDDİA
Rusiyanın son həftələr ərzində iki dəfə Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinə hücum etməyə cəhd etdiyi iddia edilib.
TodayPress TV xəbər verir ki, bu barədə iddianı prezident özü "CBS NEWS" telekanalına müsahibəsində səsləndirib.
"Mənim prezident təyyarəm Moldovada idi və buna görə də onlar Moldovaya hücum etdilər. Biz yenidən Kişinyov vasitəsilə evə qayıdanda eyni cəhdi etdilər. Əvvəllər bir cəhd uçuş zamanı məlum idi", - deyə dövlət başçısı bildirib.
Aysel Mətləb