Qazaxıstandan nüvə enerjisində YENİ PLAN – İkinci AES tikilə bilər
Qazaxıstan ölkədə ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş Konfransının 70-ci sessiyasında respublikanın Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin bildirib.
"Nüvə proqramının icrası çərçivəsində birinci AES-in tikintisinə hazırlıq gedir, həmçinin ikinci AES-in tikintisi məsələsi ilə bağlı potensial təchizatçılarla danışıqlar aparılır", - deyə o bildirib.
Serqazin qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2026-cı ilin aprelində təsdiq edilmiş respublikanın atom sahəsinin 2050-ci ilədək inkişaf strategiyası nüvə proqramının icrası çərçivəsində energetika, sənaye, elm, təhsil və yüksək texnologiyalı istehsalı birləşdirəcək müasir nüvə klasterinin yaradılması üçün əsasdır.
Aysel Mətləb