10 ölkə Almaniyada bu dövlətə qarşı gizli görüş keçirdi
ABŞ, İsrail və səkkiz ərəb ölkəsinin yüksəkvəzifəli hərbi komandirləri ötən həftə Almaniyada qapalı görüş keçiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Görüş ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təşkilatçılığı ilə keçirilib və əsas müzakirə mövzuları İranla müharibə və regionda təhlükəsizlik məsələləri olub.
Görüşdə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin silahlı qüvvələrinin rəhbərləri iştirak ediblər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper görüş iştirakçılarına ABŞ qüvvələrinin İrandan gələn hücumlara baxmayaraq regionda qalacağını bildirib.
O, həmçinin Hörmüz boğazından gəmiçilik fəaliyyətinin artırılması ilə bağlı planlar barədə məlumat verib.
Kübra Musayeva