“Liverpul” “Tottenhem”i, “Arsenal” “İpsviç”i darmadağın etdi

“Liverpul” “Tottenhem”i, “Arsenal” “İpsviç”i darmadağın etdi
16.09.2026 01:40 İdman

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Liverpul” “Tottenhem Hotspur”la, “Arsenal” isə “İpsviç”lə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşdə “Liverpul” 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Oyunda hesabı 21-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allister açıb. 54-cü dəqiqədə Kodi Qakpo meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. “Tottenhem”in yarımmüdafiəçisi Konor Qallaher 69-cu dəqiqədə fərqi azaldıb. “Liverpul”un üçüncü qolunu isə Dominik Soboslay 90+1-ci dəqiqədə vurub.

“Arsenal”ın “İpsviç”ə qonaq olduğu digər görüş isə 4:2 hesabı ilə London təmsilçisinin xeyrinə başa çatıb.

Görüşün əvvəlində “Arsenal”ın 16 yaşlı hücumçusu Maks Doumen hesabı açıb. 16-cı dəqiqədə vinger Çukvununonso Maduereke qonaqların üstünlüyünü möhkəmləndirib. İkinci hissənin əvvəlində Doumen dublunu rəsmiləşdirib.

58-ci dəqiqədə Mikel Merino Doumenin ötürməsindən sonra London təmsilçisinin dördüncü qolunu vurub. Dörd dəqiqə sonra hücumçu Anis Mehmeti meydan sahiblərinin ilk qolunu vurub. 90+1-ci dəqiqədə isə Çuba Akpom ikinci qolu vuraraq yekun hesabı müəyyənləşdirib.

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər