Tusk: Ukrayna daha 2-3 il döyüşməyə hazırdır

Tusk: Ukrayna daha 2-3 il döyüşməyə hazırdır
26.10.2025 16:15 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin on il davam etməyəcəyinə ümid etdiyini, lakin ölkəsinin daha iki-üç il döyüşməyə hazır olduğunu söyləyib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

Tusk Ukraynanın müstəqil dövlət kimi qalacağına inandığını vurğulayıb.

“Rusiya iqtisadiyyatı sanksiyalar səbəbindən getdikcə daha ağır vəziyyətə düşür və uzunmüddətli perspektivdə davam gətirə bilməz. Bununla belə, Rusiyanın bir üstünlüyü var — o, müharibə dövründə vacib olan döyüşməyə hazırdır”, – Tusk qeyd edib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər