Türkiyənin XİN rəhbəri Ukrayna münaqişəsinin həllini müzakirə edəcək
Dünya
18.04.2026 12:35
Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində keçiriləcək Balkan Sülh Platformasının nazirlər səviyyəsində iclasında Ukrayna münaqişəsinin həllini müzakirə etmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazirliyindəki mənbə "TASS"a bildirib.
"Nazir Fidan Balkanlardakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmağı, regional əməkdaşlığın dərinləşdirilməsi və şaxələndirilməsi məsələlərini, Rusiya-Ukrayna müharibəsindəki vəziyyəti və onun region üçün nəticələrini müzakirə etməyi planlaşdırır", - deyə qeyd edilib.
Məlumata görə, media üçün qapalı keçiriləcək görüşdə Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi də planlaşdırılır.
Aysel Mətləb
tag: Türkiyə,XİN,Hakan Fidan,Ukrayna,TodayPress TV,
