Türkiyənin hakim partiyası ABŞ-İsrail hücumlarını “qanunsuz” adlandırdı

Dünya

03.03.2026 07:40

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ABŞ və İsrailin İrana qarşı son hücumlarını beynəlxalq hüququn pozulması adlandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyanın Mərkəzi Qərar Qəbuletmə və İdarəetmə Şurasının iclasından sonra verdiyi açıqlamada bildirib. 

“ABŞ və İsrailin qonşumuz İrana qarşı həyata keçirdiyi hücum qanunsuz, ədalətsizdir. Hüquqi legitimliyə malik deyil və beynəlxalq hüququ pozur”, - deyə o qeyd edib. 

Çelik zərbələrin vaxtını tənqid edərək, onların nüvə danışıqları hələ də davam edərkən baş verdiyini və bunun diplomatiya və dialoqdan uzaqlaşma əlaməti olduğunu vurğulayıb. O bildirib ki, BMT üzvü olan bir dövlətə qarşı bu cür müdaxilələrin heç bir hüquqi əsası yoxdur. 

Aysel Mətləb

TodayPress TV

tag: İsrail,ABŞ,Türkiyə,Ədalətsiz,TodayPress TV,