Türkiyədən husilərə: “Hücumları dərhal dayandırın!”
Türkiyənin Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hücumlar mülki şəxslərin və onların əmlakının təhlükəsizliyini təhdid edir, həmçinin regionda gərginliyi daha da artırır.
“Biz Səudiyyə Ərəbistanının suverenliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha bəyan edirik”, – deyə açıqlamada vurğulanıb.
Türkiyə XİN-in sözlərinə görə, bu hücumlar Yəməndə münaqişənin uzunmüddətli siyasi həll yolu ilə dayandırılmasına yönəlmiş diplomatik səylərə də zərər vurur.
Ankara husiləri aqressiv fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.
Kübra Musayeva