Türkiyədə zəlzələ oldu
Qara dənizdə 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İstanbulun şimal-qərbində, sahildən təxminən 16 kilometr aralıda və 13 kilometr dərinlikdə yerləşib.
Kandilli seysmologiya mərkəzinin məlumatına əsasən, yeraltı təkanın maqnitudası 3,9 bal olaraq ölçülüb.