Türkiyə XİN Suriyada əldə olunan atəşkəsə münasibət bildirdi
Türkiyə XİN Suriyanın gələcəyi büçün kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə elan edilən atəşkəsin uğurlu olacağına ümid ifadə edib.
TodayPress TV xəbər verir ki, XİN-in bəyanatında Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd aş-Şaraa tərəfindən bu gün elan edilən atəşkəs və tam inteqrasiya haqqında razılaşma ölkənin ərazi bütövlüyü və birliyi əsasında sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri sürətlə və effektiv şəkildə irəli aparacağı qeyd olunub.
Nazirlik qeyd edib ki, Türkiyə Suriyanın terrorizmlə mübarizə səylərini, eləcə də inklüziv yanaşma və həmrəylik prinsiplərinə əsaslanan bərpa təşəbbüslərini dəstəkləməyə davam edəcək.