Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək

Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək
16.06.2026 22:10 Dünya

Türkiyə Müdafiə Nazirliyi İtaliyaya məxsus bir ədəd SAMP-T zenit-raket kompleksinin Konya şəhərində yerləşən hərbi hava bazasında yerləşdirilməsi ilə bağlı qərar qəbul olunduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilir ki, NATO-nun daimi müdafiə planı çərçivəsində alyansın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə SAMP-T sistemi Konya şəhərindəki 3-cü Əsas Hərbi Hava Bazasında yerləşdiriləcək.

Qeyd edək ki, Konya Hərbi Hava Bazası Türkiyənin ən iri və strateji əhəmiyyətə malik aviasiya obyektlərindən biridir. Baza, həmçinin NATO çərçivəsində keçirilən təlimlərdə və müxtəlif hərbi fəaliyyətlərdə fəal şəkildə istifadə olunur.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər