Türkiyə münaqişənin Qara dənizdə gəmiçilik sahəsinə keçməsindən narahatdır
Dünya
05.12.2025 14:08
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay münaqişənin Qara dənizdə gəmiçiliyə yayılmasının narahatlıq doğurduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
"Müharibənin, xüsusən də Qara dənizdə mülki gəmiçiliyin yayılması narahatlıq doğurur. Münaqişələrin ölkəmizin müstəsna iqtisadi zonasına sıçraması tamamilə qəbuledilməzdir", - deyə Fuat Oktay vurğulayıb.
Bildirilib ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın pilotsuz təyyarələrinin gəmilərə hücumu ilə əlaqədar Kiyev və Moskvadan nümayəndələrini çağırıb.
Bir neçə gün əvvəl Rusiyadan Gürcüstana bitki yağı daşıyan “Midvolqa 2” tankeri hücuma məruz qalıb. Bundan əvvəl “Virat” tankeri və “Kairos” gəmisi, ümumilikdə üç dəfə hücuma məruz qalıb.
Aysel Mətləb
tag: Türkiyə,Qara dəniz,Gəmi,Münaqişə,Todaypress.tv,
