Türkiyə İrandan atılan raketlərin yerini müəyyən etdi

Dünya

11.03.2026 10:42

İrandan Türkiyəyə  atılan iki raketin eyni nöqtədən buraxıldığı və atış yerinin müəyyən edildiyi bildirilib. 

TodayPress TV  "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Mənbələri  məlumat yayıb.

Qeyd edilib ki, son iki həftə ərzində eyni bölgədən atılan raketlər havada məhv edildikdən sonra Türkiyə İran hökumətinə xəbərdarlıq edib.

Prezident Rəcəb Tayyib Ərdoğan İran Prezidenti ilə telefon danışığında Türkiyənin hava məkanının pozulmasının qəbuledilməz olduğunu və lazımi tədbirlərin görüləcəyini bildirib.

Həmçinin Türkiyənin Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək risk yarada biləcək addımlardan çəkinməyi xahiş edib. İranlı nazir isə raketlərin İrandan atılmadığını bildirib.

Mənbələr bildirir ki, ikinci raket də Şərqi Aralıq dənizində ABŞ gəmisindən buraxılan raketlə vurulub. Hər iki raketin mənzili təxminən 1200 kilometrdir.

Türkiyə təhlükəsizlik mənbələri vurğulayır ki, Ankara təxribatlara aldanmır və müharibənin yayılmasının qarşısını almağa çalışır. Türkiyə həm regional ölkələrlə, həm də Azərbaycanla müzakirələr aparır.

Eyni zamanda, bildirilib ki, Türkiyə İranda silahlı qruplardan istifadə edilməsinin qarşısını almağa çalışır və bu sahədə müəyyən uğurlar əldə olunub.

Jalə Rövşən 

TodayPress TV


tag: Türkiyə ,İran ,Raket ,Rəcəb Tayyib Ərdoğan,Todaypress.tv,