Seçki nəticələri açıqlandı, təhqirlər başladı - Ben-Qvirin köməkçisi özünü saxlaya bilmədi
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin köməkçisi Oşer Qabay seçkilərin ilkin nəticələrinə sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, Qabay seçki məntəqələrində keçirilən “exit-poll” sorğularının nəticələrini şərh edərkən israilli seçiciləri təhqir edib.
O, ilkin nəticələrdən narazılığını ifadə edərək seçiciləri “axmaqlar” adlandırıb.
Qabayın bu ifadəsi İsraildə seçkilərlə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.
Kübra Musayeva