Türkiyə Aİ və NATO üzvü olan ölkəyə döyüş gəmisi satdı

Türkiyə Aİ və NATO üzvü olan ölkəyə döyüş gəmisi satdı
03.12.2025 20:30 Dünya

Türkiyə tərəfi Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə döyüş gəmisi satışı müqaviləsini imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ”TRT Haber" məlumat yayıb.

Belə ki, Türkiyə müdafiə sənayesinin ASFAT şirkəti keçən il inşası tamamlanan "Akhisar" gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığına ixracını uğurla həyata keçirib.

Qeyd edilib ki, bu anlaşma Türkiyənin müdafiə ixracatında önəmli bir mərhələ olmaqla yanaşı, iki ölkə arasındakı hərbi əməkdaşlığı da yeni bir səviyyəyə yüksəldir.

"Akhisar"ın Rumıniyanın inventarına daxil olması regional dəniz təhlükəsizliyinə töhfə verməklə yanaşı, Rumıniya Hərbi Dəniz Qüvvələrinin modernləşmə hədəflərinə də güclü dəstək təmin edəcək", - məlumatda vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər