Türk qırıcılarının uçuşları Yunanıstanı ağır maliyyə itkilərinə sürükləyir
Türkiyə Egey dənizində pilotsuz uçuş aparatlarından intensiv istifadə etməklə Yunanıstanı iqtisadi baxımdan da yorur.
TodayPress TV xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” nəşri yazıb.
Nəşr qeyd edib ki, Türkiyəyə məxsus PUA-ların uçuşlarının maya dəyəri nisbətən aşağı olsa da, Yunanıstan bu uçuşlara cavab olaraq döyüş təyyarələrini havaya qaldırmağa məcbur olur. Bu isə Yunanıstan ordusunun yanacaq xərclərini əhəmiyyətli dərəcədə artırır.
“To Vima” son dövrlərdə Egey dənizində Türkiyəyə məxsus PUA-ların uçuşlarının intensivləşdiyini də qeyd edib.
Nəşrin məlumatına görə, 7 sentyabrda bölgədə iki Türkiyə F-16 qırıcısı ilə yanaşı, iki PUA və bir CN-235 təyyarəsi qeydə alınıb.
Yunanıstan mediası Türkiyənin daha az xərc hesabına Yunanıstanın hava qüvvələrinə əlavə yük yaratdığını iddia edir.
Jalə Rövşən