Trampın tarifləri təxirə salına bilər

Trampın tarifləri təxirə salına bilər
31.07.2025 10:38 Dünya

Avqustun 1-də ABŞ prezidenti Donald Trampın qlobal ticarət müharibəsinin bərpasını daha 2-3 ay təxirə salacağı gözlənilir. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilir ki, Tramp daha əvvəl tarifləri iki dəfə təxirə salıb. Əvvəlcə apreldə 90 günlük fasilə elan edib, sonra isə iyulda bu müddəti avqustun 1-nə qədər uzadıb.

Bu müddət ərzində Tramp Avropa İttifaqı, Cənubi Koreya, Böyük Britaniya və Yaponiya ilə ticarət sazişləri imzalayıb. Eyni zamanda, Çin məhsullarına tətbiq olunan tarifləri 145 faizdən 30 faizə qədər endirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər