Trampın reytinqi rekord səviyyədə aşağı düşdü

Dünya

17.01.2026 18:45

ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə ictimai dəstək rekord dərəcədə zəifləyib. Son rəy sorğularına əsasən, onun reytinqi ikinci prezidentlik dövrü ərzində ən aşağı səviyyəyə enib.

TodayPress TV xəbər verir ki, "Newsweek" nəşrinin məlumatına görə, "Marist Institute for Public Opinion" tərəfindən 12–13 yanvar 2026-cı il tarixlərində keçirilən sorğuda respondentlərin cəmi 38 faizi ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyəndiyini bildirib.

Onun fəaliyyətini bəyənməyənlərin payı isə 56 faiz təşkil edib. Nəticədə “xalis reytinq” –18 faiz olub ki, bu da Ağ Evin rəhbərinin ikinci müddəti ərzində ən aşağı göstərici hesab edilir. Qeyd olunur ki, Trampın birinci prezidentlik dövründə ən aşağı göstərici 2021-ci ilin yanvarında, vəzifədən getməzdən dərhal əvvəl – 20 faiz olmuşdu.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Ağ Ev,Dəstək,Todaypress.tv,