Trampın oğlu və Kim Çen Inın qızını "evləndirdilər"
Dünya
11.03.2026 14:36
Cənubi Koreyada ABŞ Prezidenti Donald Trampın oğlu ilə Şimali Koreya lideri Kim Çen Inın qızının evlənməsi barədə mem yayılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "YNA" məlumat verib.
Məlumata görə, Yaxın Şərqdəki qarışıq beynəlxalq vəziyyət və müharibələr fonunda sosial şəbəkə istifadəçiləri dünya liderlərini, siyasi hadisələri və münaqişələrin iqtisadi nəticələrini satirik şəkildə göstərirlər.
Sosial mediada yayılan bir şəkil viral zarafata çevrilib. Belə ki, ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Barron Tramp ilə Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu-e arasında uydurma toy səhnəsi göstərilib. Memin yaradıcısı deyib ki, bu birlik ABŞ və Şimali Koreyanı “ailə” edər və beləliklə beynəlxalq münaqişələr bitər.
Jalə Rövşən
tag: Cənubi Koreya,ABŞ , Kim Çen In, Kim Cu-e,Todaypress.tv,
