Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı
Moskva iyunun 19-na planlaşdırılan İran nizamlanmasına dair saziş imzalandıqdan sonra ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfər etmək imkanının yaranacağını gözləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
"Prezidentimizin (Vladimir Putin) bazar günü cənab Donald Trampla (ABŞ lideri) apardığı söhbətin yekunlarına əsasən, cümə günü İran üzrə saziş imzalandıqdan sonra bizə yaxşı tanış olan iki nümayəndənin — Uitkoff və Kuşnerin rəhbərliyimizlə görüşmək üçün Moskvaya gəlməsi imkanının açılacağını gözləyirik", – deyə o jurnalistlərə bildirib.
Aysel Mətləb