Trampın 1 nömrəli vəzifəsi açıqlandı

Trampın 1 nömrəli vəzifəsi açıqlandı
31.07.2025 11:48 Dünya

Avropa İttifaqının (Aİ) Rusiya nefti və qazının idxalından imtina etməsi ABŞ Prezidenti Donald Tramp üçün Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə ticarət danışıqlarında əsas prioritet olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri adını açıqlamayan amerikalı rəsmi şəxsin sözlərinə istinadla məlumat yayıb.

Rəsmiyə görə, Tramp bu məsələni “bir nömrəli vəzifə” kimi qiymətləndirib.

Belə ki, Tramp əvvəlcə Avropa İttifaqından ABŞ-dən 1 trilyon dollar həcmində enerji daşıyıcıları almasını tələb edib. Lakin danışıqlar nəticəsində tərəflər önümüzdəki üç il ərzində hər il 250 milyard dollar olmaqla, ümumilikdə 750 milyard dollarlıq alış üzrə razılığa gəliblər. Nəşrin yazdığına görə, bu məbləğ azaldılsa da, hələ də reallıqdan uzaqdır. Belə bir həcmdə təchizat ABŞ-nin bütün enerji ixracının Avropaya yönəldilməsi və hətta onun 50% artırılması demək olardı.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər