Trampdan İranla bağlı: “99,9 faiz razılaşacağıq, amma…”
ABŞ Prezidenti Donald Tramp İranla bağlı danışıqlarda yalnız nüvə məsələsinin müzakirə edilməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, Vaşinqton Tehranla nüvə sazişindən daha geniş məsələləri müzakirə etmək niyyətindədir.
“Biz nüvə məsələsini həll edəcəyik, bunun ehtimalı 99,9 faizdir. Lakin müzakirə masasında bundan başqa çoxlu məsələlər də olacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti bununla İranla mümkün razılaşmanın nüvə proqramından əlavə digər məsələləri də əhatə edə biləcəyinə işarə edib.
Kübra Musayeva