Trampdan Braziliyaya Qəzza ilə bağlı təklif

Trampdan Braziliyaya Qəzza ilə bağlı təklif
18.01.2026 10:14 Dünya

ABŞ Prezidenti Donald Tramp Braziliya lideri Luis İnasio Lula da Silvaya Qəzza sektoru üzrə Sülh Şurasının təsisçilərindən biri olmağı təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat yayıb.

Məlumata görə, dəvət məktubu Tramp tərəfindən Braziliya prezidentinə bu Cənubi Amerika ölkəsinin Vaşinqtondakı səfirliyi vasitəsilə göndərilib.

Telekanalın mənbələri Lula da Silvanın ABŞ prezidentinin təklifini qəbul edib-etmədiyinin hələlik məlum olmadığını bildiriblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər