Tramp Qəzzada yeni hökumətin qurulmasını elan edəcək
Dünya
05.12.2025 12:24
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağının nizamlanması planının ikinci mərhələsini elan etməyə və anklav üçün yeni idarəetmə strukturunu təqdim etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bildirilib ki, sazişin birinci mərhələsinin əsas elementlərindən biri olan diri və öldürülmüş bütün girovların azad edilməsi praktiki olaraq başa çatıb.
Nəşrin məlumatına görə, Tramp administrasiyası müharibəyə qayıtmamaq üçün Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçmək istəyir.
Razılaşmanın ikinci mərhələsi İsrailin Qəzza zolağından qoşunlarının böyük hissəsini çıxarmasını, Beynəlxalq Stabilləşdirmə Qüvvələrini eksklavda yerləşdirməsini və Trampın başçılıq etdiyi sülh şurası da daxil olmaqla yeni idarəetmə strukturunun yaradılmasını nəzərdə tutur.
Təklif olunan struktur çərçivəsində beynəlxalq icra şurası yaradılacaq, onun rəhbərliyi altında HƏMAS-a bağlı olmayan, idarəçilik və biznes təcrübəsi olan 12-15 nəfərdən ibarət “Fələstin texnokratik hökuməti” fəaliyyət göstərəcək.
Qeyd edək ki, dekabr ayının sonuna kimi İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza razılaşmasının növbəti mərhələsini müzakirə etmək üçün Donald Trampla görüşəcəyi gözlənilir.
Aysel Mətləb
tag: ABŞ,Tramp,Qəzza,Elan,Todaypress.tv,
