Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi

Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi
31.07.2026 20:59 Dünya

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin başa çatması üçün həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin güzəştə getməsinin qaçılmaz olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, hazırda tərəflərdən heç biri geri addım atmaq istəmir, lakin sonda razılaşma əldə etmək üçün kompromisə getmək məcburiyyətində qalacaqlar.

ABŞ lideri, həmçinin müharibənin ilk dövrünü xatırladaraq rus tanklarının Kiyevə doğru irəliləyərkən çətinliklə üzləşdiyini qeyd edib.

“Generallardan biri magistral yolla hərəkət etmək əvəzinə tankları palçıqlı əraziyə yönəltdi. Halbuki magistral yolda onlar çox yaxşı irəliləyirdilər”, - deyə Tramp bildirib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər