Tramp: "Pakistan-Əfqanıstan gərginliyi tezliklə həll olunacaq"
ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin qısa müddətdə həll olunacağına inandığını bildirib.
TodayPress TV xəbər verir ki, Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən ASEAN-ın 47-ci sammitində çıxış edən Ağ Ev deyib ki, iki ölkə arasında danışıqlar başlayıb və o, bunun müsbət nəticələnəcəyinə əmindir.
Tramp həmçinin Pakistan liderlərini “gözəl insanlar” adlandırıb.
Qeyd edək ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan sərhədində baş verən toqquşmalardan sonra elan edilən 48 saatlıq atəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılıb.
Türkan İsgəndərli