Tramp Nobel mükafatı ilə bağlı açıqlama verdi
Dünya
19.01.2026 15:47
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatından imtina edilməsindən sonra artıq sülh mövzusuna əvvəlki kimi yanaşmadığını bildirib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Jonas Qar Störeyə ünvanlanan məktubda qeyd olunub.
Məktubdan bir hissəni "PBS" jurnalisti Nik Şifrin "X" sosial şəbəkəsində paylaşıb. Tramp məktubda “Artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm” ifadəsini işlədib və səkkizdən çox müharibəni dayandırdığını vurğulayıb.
Tramp həmçinin Danimarkanın Qrenlandiyanı Rusiya və ya Çindən qoruya bilməyəcəyini deyib. O, Kopenhagenin adaya sahiblik hüququnu da şübhə altına alaraq, bununla bağlı yazılı sənədlərin olmadığını bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, ABŞ Qrenlandiya üzərində tam nəzarət əldə etməyincə dünya təhlükəsizliyi təmin olunmayacaq.
Qeyd edək ki, daha əvvəl Venesuelalı müxalifətçi siyasətçi Mariya Korina Maçado Trampa Nobel Sülh Mükafatı medalını təqdim etmişdi. Tramp həmçinin Yəməndəki münaqişəni dayandırmaq planlarını da açıqlayıb.
Jalə Rövşən
tag: ABŞ Prezidenti Donald Tramp,Qrenlandiya ,Jonas Qar Störe,Məktub ,Todaypress.tv,
