Tramp Netanyahuya verdiyi xəbərlə onu dəli etdi

Tramp Netanyahuya verdiyi xəbərlə onu dəli etdi
21.05.2026 11:10 Dünya

Mayın 20-də ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında İranla yeni sülh sazişi cəhdi ilə bağlı uzun və gərgin telefon danışığı olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Qeyd edilib ki, Tramp vasitəçilərin - (Qətər, Pakistan və s.) hazırladığı “niyyət məktubu”nu dəstəkləyir: müharibəni bitirib, 30 günlük danışıqlara keçmək istəyir.

Netanyahu isə buna qarşı çıxır, İranın hərbi və kritik infrastrukturunu daha da zəiflətmək üçün döyüşlərin davam etdirilməsininin tərəfdarıdır.

İsrail mənbələri liderlər arasında ciddi fikir ayrılığı olduğunu bildirir.

ABŞ mənbəsi isə “Bibi’nin (Benyamin Netanyahu) "saçları od tutub” ifadəsini işlədib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər