Tramp Kanadanı “alış-verişdə fırıldaqçılıqda” günahlandırdı

Tramp Kanadanı “alış-verişdə fırıldaqçılıqda” günahlandırdı
09.09.2026 02:54 Dünya

ABŞ Prezidenti Donald Tramp Kanadanı amerikalı şirkətlərə qarşı ədalətsiz ticarət siyasəti yürütməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesablarından birində paylaşım edib.

Tramp bildirib ki, Kanada ABŞ-nin süd məhsulları istehsalçılarına öz bazarında məhsul satmağa imkan vermir. Onun sözlərinə görə, Kanadanın avtomobil istehsal edə bilməsi də əvvəlki ABŞ administrasiyalarının bağladığı “fəlakətli ticarət razılaşmaları” ilə bağlıdır.

ABŞ lideri Kanadanın illərdir ABŞ-dən “yararlandığını” iddia edib. O, həmçinin Kanada hökumətinin və əyalət hökumətlərinin amerikalı kiçik müəssisə və şirkətlərin dövlət satınalmalarında iştirakını məhdudlaşdırdığını deyib.

“Bu, qarşılıqlılıq deyil, Kanada ticarət fırıldağıdır. Bundan sonra qarşılıqlılıq yoxdursa, çıxış da yoxdur”, – Tramp bildirib.

Tramp ABŞ Ümumi Xidmətlər Administrasiyasına (GSA) və ABŞ Ticarət Nümayəndəliyinə (USTR) tapşırıq verib ki, Kanada ABŞ fermerləri və şirkətləri üçün tam və ədalətli qarşılıqlılığı bərpa etmədiyi təqdirdə Kanada mənşəli məhsulların GSA-nın çoxtərəfli çərçivə sazişləri siyahısından çıxarılması üçün bütün zəruri tədbirləri görsün.

Trampın sözlərinə görə, sözügedən sazişlər ildə 50 milyard dollardan çox vəsaiti əhatə edir. O, bu vəziyyətə əvvəlki administrasiyaların dövründə son qoyulmalı olduğunu, lakin sonradan “Yuxulu Co” adlandırdığı Co Baydenin prezidentliyi zamanı bunun bərpa edildiyini bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər