Tramp İspaniya ilə ticarəti azaltmaq niyyətindədir

Tramp İspaniya ilə ticarəti azaltmaq niyyətindədir
03.03.2026 22:20 Dünya

ABŞ Prezidenti Donald Tramp İspaniya ilə bütün ticarət əlaqələrini kəsmək niyyətində olduğunu açıqladı. 

TodayPress TV xəbər verir ki, bu barədə, o, Ağ Evdə Almaniya kansleri Fridrix Merts ilə görüş zamanı bildirib. 

“Onların əla insanları var, amma əla liderlikləri yoxdur. Və bildiyiniz kimi, onlar NATO-da hərbi xərcləri 5%-ə qaldırmağa razı olmayan yeganə ölkə idilər. Düşünmürəm ki, onlar nəyisə artırmağa razılaşacaqlar”, - deyə o, qeyd edib. 

Amerika lideri əlavə edib ki, buna görə də ABŞ İspaniya ilə bütün ticarəti dayandıracaq. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər