Tramp: “İranın raket sistemləri tükənir”

Tramp: “İranın raket sistemləri tükənir”
03.03.2026 22:00 Dünya

ABŞ Prezidenti Donald Tramp İranın hərbi imkanlarının durmadan azaldığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə, o, “Politico”ya verdiyi müsahibədə danışıb. 

Ağ Ev lideri əlavə edib ki, “Epik Qəzəb” əməliyyatının ilk bir neçə günündən sağ çıxan bəzi İran rəsmiləri ilə işləməyə açıqdır. Tramp qeyd edib ki, İran bir müddət “raket yerləşdirməyə davam edə” bilər. 

O, İranın raket qurğularının tükəndiyini qeyd edib. Vaşinqtonla ölkə hakimiyyəti arasındakı münasibətlərə gəldikdə isə, Tramp “yeni İran hökuməti” ilə təmaslara açıq olduğunu bildirib. O vurğulayıb ki, hələ də gec deyil. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər