Tramp: "İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb"
ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o "NewsNation" telekanalına telefon müsahibəsində bildirib.
İranın uranın zənginləşdirilməsini dayandırmağa razı olub-olmaması ilə bağlı birbaşa suala Tramp müsbət cavab verib.
Qeyd edək ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aysel Mətləb