Tramp immiqrasiya qadağasını genişləndirir
ABŞ Prezidenti Donald Tramp administrasiyası 10-dan çox əlavə ölkədən ABŞ-yə səyahəti qadağan edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem "Fox News"a bildirib.
Məlumata görə, yayda Tramp 12 ölkə vətəndaşlarına ABŞ-yə səyahət qadağası imzalayıb. Həmin vaxt Tramp daha 7 ölkəyə də qismən səyahət qadağası qoyub.
Nazir müsahibəsində bildirib ki, ilkin olaraq 19 ölkəyə qoyulan qadağa 30-dan çox ölkənin vətəndaşlarını əhatə edəcək şəkildə genişləndiriləcək.
Qeyd edək ki, gələcəkdə səyahət qadağalarının hansı ölkələri əhatə edəcəyi dəqiqləşdirilməyib.
Aysel Mətləb