Tramp Hindistanı Qəzza “Sülh Şurası”na dəvət etdi
ABŞ lideri Donald Tramp Hindistanı Qəzza sektorunun idarə olunması üçün yaradılan “Sülh Şurası”nın tərkibinə dəvət edib.
TodayPress TV xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, Tramp Hindistanın sözügedən şuraya qoşulmasını təklif edib.
Qeyd olunur ki, bu təkliflə bağlı hələlik Hindistanın paytaxtından rəsmi açıqlama verilməyib.