Tramp HƏMAS-a 48 saat vaxt verdi

Tramp HƏMAS-a 48 saat vaxt verdi
26.10.2025 08:23 Dünya

ABŞ Prezidenti Donald Tramp ölən girovların cəsədlərini mümkün qədər tez İsrailə qaytarmayacağı təqdirdə HƏMAS-a qarşı tədbir görüləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o bu barədə  “Truth” səhifəsində məlumat verib.

"HƏMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini mümkün qədər tez qaytarmağa başlamalı olacaq. Əks halda bu böyük sülh prosesində iştirak edən digər ölkələr tədbir görəcək", - o deyib.

Tramp, həmçinin əlavə edib ki, növbəti 48 saat ərzində HƏMAS-ın hərəkətlərini çox diqqətlə izləyəcək.

TodayPress TV 

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər