Tramp gələcək ABŞ prezidentinin kim olacağı ilə bağlı mesaj verdi
ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezident seçilməsi ehtimalı ilə bağlı zarafatla diqqət çəkən açıqlama verib.
TodayPress TV xəbər verir ki, Tramp çıxışı zamanı "İkinci dəfə hər şey daha yaxşı alınır. Üçüncü dəfə isə daha da yaxşı olacaq", - deyərək növbəti prezidentlik müddəti ilə bağlı zarafat edib.
O, həmçinin jurnalistlərdən şikayətlənərək bildirib ki, ehtiyatsızlıqdan telefon nömrəsini onlarla paylaşdıqdan sonra demək olar ki, fasiləsiz zənglər alır.
"Jurnalistlər mənə hər 3,7 dəqiqədən bir zəng edirlər", – deyə Tramp qeyd edib.
Jalə Rövşən