Tramp: "ABŞ "Hizbullah" ilə lazımi qaydada məşğul olacaq"

Tramp: "ABŞ "Hizbullah" ilə lazımi qaydada məşğul olacaq"
17.04.2026 20:10 Dünya

ABŞ "Hizbullah" hərəkatı ilə lazımi qaydada məşğul olmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

"Biz Livanla ayrıca işləyəcəyik və “Hizbullah” ətrafındakı vəziyyətlə lazımi qaydada məşğul olacağıq", - deyə o bildirib.

Xatırladaq ki, Amerika lideri aprelin 16-da bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 17 aprel saat 01:00) etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəliblər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər