Tokayev: "Qrenlandiya üçün 120 illik icarə variantı mümkündür"
Dünya
05.02.2026 16:31
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ–Danimarka arasında mümkün uzunmüddətli icarə modelini istisna etməyib.
TodayPress TV xəbər verir ki, Qasım-Jomart Tokayev bu barədə Pakistanın "The News International" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, beynəlxalq praktikada konkret ərazilərin və ya strateji obyektlərin uzunmüddətli icarəsi ilə bağlı çoxsaylı nümunələr mövcuddur və bu cür razılaşmalar adətən qarşılıqlı faydalı məqsədlərə xidmət edir.
Tokayev vurğulayıb ki, istənilən belə qərar beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinin tanınmasına və BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə əsaslanmalıdır. Qazaxıstan lideri mümkün ssenarilərdən biri kimi ABŞ ilə Danimarka arasında Qrenlandiyanın 120 il müddətinə icarəsi barədə razılaşmanı qeyd edib.
Qiymət Mahir
tag: Qazaxıstan ,Tokayev ,ABŞ,Danimarka,Todaypress.tv,
