Təmirçi kimi qapıları döydü, 12 nəfəri belə ALDATDI

Təmirçi kimi qapıları döydü, 12 nəfəri belə ALDATDI
15.09.2026 20:55 Dünya

Kocaelidə məişət texnikası və kombi təmiri bəhanəsi ilə 12 nəfərə qarşı ümumilikdə 300 min lirəlik dələduzluq etməkdə şübhəli bilinərək saxlanılan şəxs həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Vilayət Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, İzmit, Başiskele, Dərincə və Qebze rayonlarında 12 nəfərin məişət texnikası və kombi təmiri bəhanəsi ilə ümumilikdə 300 min lirə dələduzluqla mənimsənilməsi faktı üzrə əməliyyat-axtarış tədbirləri aparılıb.

Polis əməkdaşları şəxsiyyəti müəyyən edilən şübhəlini Qebze rayonunda saxlayıblar.

Polis idarəsindəki prosedurlardan sonra Kocaeli Məhkəməsinə təhvil verilən şübhəli çıxarıldığı növbətçi məhkəmənin qərarı ilə həbs olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər