TƏCİLİ: ABŞ İranın neft tankerlərinə zərbələr endirir
ABŞ hərbçilərinin İranın neft tankerlərinə zərbələr endirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə i24NEWS ABŞ mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, hücumlar İranla ABŞ arasında Hörmüz boğazı ətrafında artan hərbi gərginlik fonunda həyata keçirilib.
ABŞ Mərkəzi Komandanlığı daha əvvəl İranın üç neft tankerinin sıradan çıxarıldığını açıqlamışdı. Vaşinqton bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ hərbi gəmilərinə hücumlarına cavab olaraq təqdim edib.
Kübra Musayeva