Tayland polisi 20 rusiyalını deportasiya etdi

Dünya

05.02.2026 10:42

Taylandın immiqrasiya orqanları ölkədə qalma qaydalarını pozduqlarına görə 20 rusiyalını deportasiya edib. 

TodayPress TV  xəbər verir ki, bunu Rusiyanın Taylanddakı səfiri Yevgeni Tomixin "Tass"a açıqlamasında deyib.

Diplomat rusiyalıları Taylandda mövcud immiqrasiya rejiminə ciddi şəkildə riayət etməyə çağırıb.

“Onu da nəzərə almaq lazımdır ki, Tayland hakimiyyəti son vaxtlar ölkədə əcnəbilərin qalmasına nəzarəti gücləndirib”, – deyə səfir bildirib.

Tomixin daha əvvəl qeyd edib ki, 2025-ci ildə 100-dən çox rusiyalı Taylanddan deportasiya olunub və bu hallar əsasən immiqrasiya qanunlarının pozulması ilə bağlıdır.

Onun sözlərinə görə, deportasiyaların artması rusiyalılara qarşı xüsusi siyasətlə deyil, immiqrasiya qaydalarının pozulması ilə əlaqədardır. Vizasız rejimə əsasən, rusiyalılar Taylandda 60 gün qala bilirlər və bu müddət bitməzdən bir-iki həftə əvvəl əlavə ödəniş etməklə 30 gün uzadıla bilər.

Jalə Rövşən

TodayPress TV

tag: Rusiya,Tayland ,İmmiqrasiya ,Yevgeni Tomixin ,Todaypress.tv,